• Bakı 12° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Ərdəbildə seçkilərə görə iki nəfər həbs edildi

DÜNYA

28 Iyun 2024 | 19:11 | Müəllif: Subhan Mahmudov

Ərdəbildə seçkilərə görə iki nəfər həbs edildi

Bu gün İranda növbədənkənar prezident seçkilərinin keçirildiyi vaxtda Ərdəbil şəhərində iki sosial media istifadəçisi həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ərdəbil əyalətinin Baş prokuroru Calal Afaqi açıqlama verib.

O, həmin şəxslərin "yalan məlumat yaymaqla" seçki prosesinə təsir etmək istədiklərini deyib.

"Seçkilərin təhlükəsizliyi və sağlam şəraitdə keçirilməsi bizim qırmızı xəttimizdir, saxlanılan şəxslər barəsində cinayət işi açılıb", - Afaqi bildirib.

O, həbs edilənlərin kimliyi barədə əlavə məlumat verməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026