• Bakı 25° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

İsrailə hücum: Livan bəyanat yaydı

DÜNYA

28 Iyul 2024 | 14:11

İsrailə hücum: Livan bəyanat yaydı

Livan hökuməti Druzi icmasından 12 uşaq və yeniyetmənin ölümü ilə nəticələnən Qolan təpələrində Məcdəl-Şəmsə raket hücumunu rəsmi şəkildə pisləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Livan hökuməti məlumat yayıb.

“Livan hökuməti mülki şəxslərə qarşı hər cür zorakılıq və hücumları pisləyir və bütün cəbhələrdə dərhal atəşkəsə çağırır. Mülki insanlara qarşı hücumlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və insanlıq prinsiplərinə ziddir”, - bəyanatda qeyd olunub.

Qeyd edək ki, Livandan atılan raket Qolan təpələrindəki Məcdəl-Şəms yaşayış məntəqəsində stadiona düşüb, nəticədə 12 nəfər ölüb. İsrail hücuma görə Hizbullahın məsuliyyət daşıdığını bildirib.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024