Bolqarıstanın müvəqqəti hökumətinin andiçmə mərasimi keçirilib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Bolqarıstan parlamentində keçirilən mərasimdə müvəqqəti hökumətin baş naziri Dimitar Qlavçev və kabinet üzvləri and içərək vəzifələrini icra etməyə başlayıblar.
Bildirilir ki, parlamentin növbədənkənar sessiyası zamanı keçirilən andiçmə mərasimində Qlavçev və müvəqqəti kabinetdə təmsil olunan 19 nazir iştirak edib.
Deputatlar mərasimlə əlaqədar yay tətilinə bir günlük fasilə veriblər.
İşə başlayan müvəqqəti hökumət ölkəni növbədənkənar ümumi seçkilərə hazırlayacaq.
Əli Hüseynov










jpg-1727337394.webp)





