Almaniyanın iqtisadiyyatı 2024-cü ilin ikinci rübündə azalmaqda davam edib.
Bakıvaxtı.az xəbər verir ki, rəsmi məlumatlara görə, Almaniya iqtisadiyyatı bu dövrdə 0,1% daralıb.
Azalma, əsasən, azalan investisiyalarla əlaqələndirilir. Xüsusilə, tikinti sektoru və maşınqayırma sahəsindəki investisiyaların azalması iqtisadiyyata mənfi təsir göstərib.
Bildirilib ki, uzun müddət davam edən inflyasiya və artan faiz dərəcələri də iqtisadi aktivliyə təsir edən əsas amillər arasında göstərilir.
Əli Hüseynov
















