• Bakı 26° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Ukrayna Rusiyadakı hədəflərini ABŞ-a təqdim edəcək

DÜNYA

27 Avqust 2024 | 12:55

Ukrayna Rusiyadakı hədəflərini ABŞ-a təqdim edəcək

"Ukrayna icazə verildiyi təqdirdə Rusiyada vura biləcəyi hədəfləri Bayden administrasiyasına təqdim edəcək".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Politico" yazıb.

Nəşr yazır ki, Ukrayna hakimiyyəti ABŞ-ın yüksək rütbəli milli təhlükəsizlik rəsmilərinə Vaşinqtonun Amerika silahlarının tədarükünə qoyulan məhdudiyyətləri aradan qaldıracağı təqdirdə Ukrayna Silahlı Qüvvələrinin vura biləcəyi Rusiya Federasiyasındakı uzaqmənzilli hədəflərin siyahısını təqdim etməyə hazırlaşır.

“Kiyev bu siyahıdan Vaşinqtonu Rusiyada Amerika silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa inandırmaq üçün son cəhd kimi istifadə edir”, - materialda deyilir.

Qeyd olunub ki, Ukrayna daha əvvəl ABŞ-a Rusiyadakı bəzi potensial hədəflərini təqdim etsə də, bu siyahı artıq daha konkret olmalıdır. Nəşrin 3 anonim mənbəsi bildirib ki, Umerov və Yermak bu həftə Vaşinqtona gələcək və orada müzakirə zamanı Bayden administrasiyasına hədəflərin siyahısını təqdim edəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026