ABŞ-də 1999-2023-cü illər arasında yüksək temperaturun təsiri nəticəsində ən çox ölümün 2023-cü ildə baş verdiyi müəyyən edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ nəşrləri məlumat yayıb.
Belə ki, dərc olunan məqalədə elm adamları 1999-2023-cü illər arasında ABŞ-də artan temperaturun səbəb olduğu ölümləri araşdırıblar.
Tədqiqatçılar araşdırma dövrünün ən isti ili kimi qeydə alınan 2023-cü ildə yüksək temperaturdan ən azı 2325 nəfərin öldüyünü qeyd ediblər.
Bildiriblər ki, bu, həmin dövrün ən yüksək göstəricisidir.
Qeyd olunub ki, qlobal istiləşmə səbəbindən ölkədə temperatur və isti ilə bağlı ölüm halları artmaqda davam edəcək.
Əli Hüseynov





jpg-1727337394.webp)










