• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bəzi aviaşirkətlər İsrailə uçuşları bərpa edir

DÜNYA

27 Avqust 2024 | 12:56 | Müəllif: Gülşən Şərif

Bəzi aviaşirkətlər İsrailə uçuşları bərpa edir

"Air France", "Aegean", "Royal Jordanian" və bir sıra digər hava yolları iki günlük fasilədən sonra  Təl-Əviv və Beyruta uçuşlarını bərpa edəcək.

Bakıvaxtı.az "The Times Of İsrael"ə istinadən xəbər verir ki, Fransa aviadaşıyıcısının aşağı büdcəli törəmə şirkəti "Transavia" da hər iki istiqamətə xidmətlərini bərpa edəcək.

"Corendon", "Etihad" və "Wizz" aviaşirkətlər isə İsrail daxilində və xaricində uçuşları bərpa etmək niyyətini açıqlasa da, dəqiq vaxt açıqlamayıb.

Qeyd edək ki, Yaxın Şərqdəki gərginliyin artması fonunda bəzi aviaşirkətlər İsraili uçuşu dayandırmışdı. 

Gülşən Şərif
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026