• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Durovun işi siyasi xarakterli ola bilər - Peskov

DÜNYA

27 Avqust 2024 | 14:10

Durovun işi siyasi xarakterli ola bilər - Peskov

Fransa hakimiyyəti Parisdə saxlanılan “Telegram”ın təsisçisi Pavel Durova qarşı irəli sürülən ittihamlarla bağlı ciddi sübutlar təqdim edə bilməsə, onun işi siyasi hesab edilə bilər.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

“İttihamlar həqiqətən də çox ciddidir və ciddi sübut bazası tələb edir. Əks təqdirdə, bu, birbaşa söz azadlığını məhdudlaşdırmaq, hətta belə desək, böyük şirkət rəhbərinə hədə-qorxu gəlmək cəhdi hesab olunacaq", - məlumatda bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026