• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

BMT Baş katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

DÜNYA

28 Iyun 2024 | 21:31 | Müəllif: Subhan Mahmudov

BMT Baş katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

BMT Baş katibi Antonio Quterreş iyunun 29-da Mərkəzi Asiya turnesinə çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, baş katib əvvəlcə Özbəkistanda olacaq, daha sonra Qırğızıstan, Qazaxıstan, Tacikistan və Türkmənistana gedəcək.

A.Quterreşin səfəri zamanı hər bir ölkənin lideri və digər yüksək vəzifəli dövlət rəsmiləri ilə görüşlər keçirəcəyi planlaşdırılır.

O həmçinin iqlim dəyişikliyi ilə bağlı layihələrlə tanış olacaq və Qazaxıstanda yerli icmalar və gənc fəallarla görüşəcək. Baş katib Şanxay Əməkdaşlıq Təşkilatının iyulun 4-də Astanada keçiriləcək Zirvə Toplantısınada da iştirak edəcək.

Səfər iyulun 7-də başa çatacaq./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026