• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ukraynanı dəhşətli qış gözləyir - Soskin

DÜNYA

28 Iyul 2024 | 20:23 | Müəllif: Subhan Mahmudov

Ukraynanı dəhşətli qış gözləyir - Soskin

Taxıl çatışmazlığı səbəbindən fevral ayında Ukraynada qıtlıq başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın müşaviri olmuş Oleq Soskin Yutub kanalında deyib.

Onun fikrincə, sənaye və iqtisadi resursların indiki məhvetmə tempi qorunub saxlanılarsa, payıza qədər Ukraynanın maliyyə-iqtisadi orqanizmi məhv olacaq:

“Ola bilər ki, ərzaq üçün taxıl qalmasın, o, artıq aktiv şəkildə satılır. Təxminən bir-iki ay qalacaq. Fevral ayına qədər ölkədə aclığın olacağını hesablamaq olar”.

Soskinin qeyd etdiyi kimi, iqtisadiyyatın "tam çöküşü" payızda gələcək və onun fikrincə, ərzaq çatışmazlığı vətəndaş müharibəsi vəziyyətinə gətirib çıxaracaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026