• Bakı 26° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

"Sabah" xorvatiyalı futbolçu transfer etdi

İDMAN

27 Iyun 2024 | 15:20

Sabah xorvatiyalı futbolçu transfer etdi

2024/2025 mövsümü öncəsi transfer çalışmalarını davam etdirən "Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Bakıvaxtı.az  klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, xorvatiyalı dayaq yarımmüdafiəçisi İvan Lepinitsa ilə "3+1" illik müqavilə imzalanıb.

24 yaşlı futbolçu ölkəsinin "Slaven Belupo" klubundan transfer edilib.

O, karyerası ərzində Xorvatiyanın "Rieka" (2018-2023), həmçinin icarə əsasında bu ölkənin "Zadar" (2018/2019), Almaniyanın "Arminiya" (2022/2023) klublarında çıxış edib. Lepinitsa 2023-cü ildə "Rieka"dan "Slaven Belupo"ya keçib.

Futbolçu Xorvatiya millsinin U-19, U-20 və U-21 komandalarının da şərəfini qoruyub. İvan "Sabah"da 13 nömrəli formada çıxış edəcək.


SON XƏBƏRLƏR

29 Iyun 2024