• Bakı 20° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Paris-2024: Badmintonçumuz məğlub oldu

İDMAN

27 Iyul 2024 | 11:12

Paris-2024: Badmintonçumuz məğlub oldu

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, idmançı qrup mərhələsindəki ilk oyununda He Bin Çzyao (Çin) ilə üz-üzə gəlib.

Qarşılaşma təmsilçimizin məğlubiyyəti ilə bitib - 0:2 (8:21, 7:21)

Keişa Fatimə Zəhra ikinci görüşünü iyulun 29-da Kirsti Qilmora (Böyük Britaniya) qarşı keçirəcək.

Qeyd edək ki, qrup mərhələsində yalnız birinci yeri tutan badmintonçu növbəti raunda vəsiqə qazanacaq. Paris-2024 avqustun 11-də başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026