• Bakı 22° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Almeyda Azərbaycan çempionatının tarixinə düşüb

İDMAN

26 Avqust 2024 | 11:07 | Müəllif: Əli Hüseynov

Almeyda Azərbaycan çempionatının tarixinə düşüb

Riçard Almeyda “Qarabağ”ın forması ilə Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın IV turuna təsadüf edib. O, “Turan Tovuz”la ev görüşündə (0:1) meydana çıxıb. R.Almeyda 250 matçda 51 qola imza atıb.

2012/2013-cü illər mövsümündən fasilələrlə “Qarabağ”da çıxış edən braziliyalı futbolçunun debütü 2012-ci il avqustun 5-nə təsadüf edib. O, “İnter”lə (indiki “Şamaxı”) səfər matçında (1:1) şans qazanıb.

Yarımmüdafiəçi Azərbaycan çempionatları tarixinə eyni klubda 250 və daha çox oyun keçirən 5-ci futbolçu kimi düşüb. Bu göstəricidə mütləq rekord onun sabiq komanda yoldaşı Maksim Medvedevə məxsusdur – 376 matç. Qara Qarayevlə Aslan Kərimov da “Qarabağ”da, Rahid Əmirquliyev “Xəzər Lənkəran”da “250”ni geridə qoyub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026