• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Premyer Liqa klubları "Arsenal"dan şikayət etdilər

İDMAN

25 Sentyabr 2024 | 00:30 | Müəllif: Subhan Mahmudov

Premyer Liqa klubları "Arsenal"dan şikayət etdilər

İngiltərədə yeni qalmaqal yaşanır. 

Bakıvaxtı.az fanat-a istinadən xəbər verir ki, bir neçə Premyer Liqa klubu "kobud oyun texnikasından istifadə etdiyi" üçün "Arsenal"dan müvafiq quruma şikayət ünvanlayıb.

Xəbərə görə, “topçular” cari mövsümdə tez-tez oyun yubatmaqda günahlandırılır. Son misal kimi “Arsenal” – “Mançester Siti” (2:2) oyunu göstərilib. 

“Arsenal”ın davranışları və hakimlərin buna göz yumması ilə bağlı şikayətə PGMOL-da baxılacaq. Bu qurum Premyer Liqada hakimliyə cavabdehdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026