q
  • Bakı 14° C

    7.88 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - YENİLƏNİB

İDMAN

24 Oktyabr 2024 | 23:36

UEFA Avropa Liqası: Qarabağ Ayaksa məğlub olub - YENİLƏNİB

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda "Ayaks"a (Niderland) məğlub olub.

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən oyun qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Təmsilçimiz şotlandiyalı baş hakim Nikolas Uolşun idarə etdiyi qarşılaşmaya uğursuz başlayıb. 15-ci dəqiqədə Julio Romao birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Hesabı isə 36-cı dəqiqədə Kennet Teylor açıb. Amsterdam təmsilçisi 74-cü dəqiqədə Vaut Veqhorstun penalti zərbəsini dəqiq yerinə yetirməsindən sonra fərqi iki topra çatdırıb. Görüşdə yekun hesabı isə 77-ci dəqiqədə adını tabloya yazdıran Çuba Akpom müəyyənləşdirib.

2 dəqiqə sonra isə Ağdam klubunun heyətində Elvin Cəfərquliyev ikinci sarı vərəqənin ardından qırmızı vərəqə alıb. Bununla da “Qarabağ” oyunu 9 nəfərlə tamamayıb.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiiyi kollektiv Avropa Liqasında növbəti oyununu noyabrın 7-də Norveç təmsilçisi “Budyo Qlimt”ə qarşı keçirəcək.

***

22:29

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda Ağdam təmsilçisinin daha bir futbolçusu qırmızı vərəqə ilə cəzalandırılıb.

Bakıvaxtı.azvxəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda Elvin Cəfərquliyev 79-cu dəqiqədə ikinci sarı vərəqənin ardından qırmızı vərəqə görüb.

Daha əvvəl 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə almışdı.

***

22:25

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda üçüncü qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar fərqi bir qədər də artırıblar - 3:0.

77-ci dəqiqədə Çuba Akpom dəqiq zərbə müəllifi olub.

"Qarabağ" meydanda azlıqda mübarizə aparır. 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə alıb.

 

 

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ikinci qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar üstünlüyünü iki topa çatdırıb - 2:0.

74-cü dəqiqədə Vaut Veqhorst penalti zərbəsini dəqiq yerinə yetirib.

"Qarabağ" meydanda azlıqda mübarizə aparır. 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə alıb.

21:53

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar 1:0 hesabı ilə öndədirlər.

"Qarabağ" meydanda azlıqda mübarizə aparır. 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə alıb.

21:40

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar 1:0 hesabı ilə öndədirlər.

"Qarabağ" meydanda azlıqda mübarizə aparır. 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə alıb.

21:12

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ev sahibləri meydanda azlıqda qalıb.

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşün 15-ci dəqiqəsində Julio Romao birbaşa qırmızı vərəqə alıb.

Matçı şotlandiyalı baş hakim Nikolas Uolş idarə edir.

20:45

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyunu start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Matçı şotlandiyalı baş hakim Nikolas Uolş idarə edir.

19:58

UEFA Avropa Liqasının əsas mərhələsinin üçüncü turunda bu gün Bakıda keçiriləcək "Qarabağ" - “Ayaks" (Niderland) matçı üçün start heyətləri bəlli olub.

Bakıvaxtı.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

“Qarabağ”: Mateuş Koxalski, Bəhlul Mustafazadə, Abbas Hüseynov, Julio Romao, Elvin Cəfərquliyev, Kevin Medina, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Olavio Juninyo.

Baş məşqçi: Qurban Qurbanov.

"Ayaks": Remko Pasver, Daniele Ruqani, Yosip Şutalo, Cordan Henderson, Vaut Veqhorst, Kristian Rasmussen, Kian Fits-Cim, Kennet Teylor, Anton Qoei, Yorrel Hato, Devayn Renç

Baş məşqçi: Françesko Farioli

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:45-də start götürəcək.


SON XƏBƏRLƏR

17 Aprel 2026