• Bakı 23° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Dünya çempionatı: Jalə Əliyeva yarımfinalda

İDMAN

24 Oktyabr 2024 | 17:40 | Müəllif: Əli Hüseynov

Dünya çempionatı: Jalə Əliyeva yarımfinalda

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı davam edir.

Bakıvaxtı.az xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.

U-23 dünya çempionatı
Qadın güləşi
57 kq

Dünya çempionu Jalə Əliyeva ilk mərhələdən yarışa qoşulub. 1/8 finalda ukraynalı Alina Filipoviçi 7:4 hesabı ilə məğlub edən güləşçimiz ardınca türkiyəli Sevim Akbaşdan da üstün olub - 10:0. O, yarımfinalda Sofia Makaluso (ABŞ) ilə üz-üzə gələcək.

62 kq
Ruzanna Məmmədova 1/8 finalda qırğızıstanlı Kalmira Bilimbeklə qarşılaşıb. Rəqibini 4:1 hesabı ilə məğlub edən güləşçimiz ikinci görüşündə Viktoriya Vessoya (Estoniya) uduzub - 1:7.

Qeyd edək ki, mundialda yunan-Roma güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) gümüş, Nihat Quluzadə (60 kq) ilə Xasay Həsənli (77 kq) bürünc medal qazanıb. Gülər Həbibova (59 kq) isə təsəlliverici görüşdə çinli Honq Lianqla qarşılaşacaq. idman.biz


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR