• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Raul Qonsales Almaniya klubunu çalışdıra bilər

İDMAN

24 Sentyabr 2024 | 23:31 | Müəllif: Subhan Mahmudov

Raul Qonsales Almaniya klubunu çalışdıra bilər

İspaniya millisinin və "Real"ın (Madrid) sabiq üzvü Raul Qonsales Almaniya təmsilçisi "Şalke 04"ün "sükanı arxasına" keçə bilər.

Bakıvaxtı.az  "Bild"ə istinadən xəbər verir ki, hazırda "Kral klubu"nun ikinci komandasını çalışdıran 47 yaşlı mütəxəssis İspaniyadan ayrılmağı düşünür.

Helzenkirxen klubu üç gün əvvəl baş məşqçisi Karel Geraertsi istefaya göndərib. Raul "Şalke 04"ü çalışdırmağa ən real namizəddir.

Qeyd edək ki, Raul Qonsales futbolçu kimi “Şalke 04”də çıxış edib və 2011-ci ildə Almaniya Kubokunu və ölkə Superkubokunu qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026