• Bakı 25° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Azərbaycanlı döyüşçü hücuma məruz qaldı

İDMAN

24 Oktyabr 2024 | 09:33

Azərbaycanlı döyüşçü hücuma məruz qaldı

Rusiyanın Engels şəhərində 24 yaşlı Tümenli idmançı Daniil Sidorov azərbaycanlı MMA döyüşçüsü Cavid Rzayevə hücum edib. Cavid Rzayevə hücum nəticəsində onun dişi sınıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə ilə bağlı dəqiq təfərrüatlar hələlik açıqlanmasa da, insidentin səbəbləri və arxasında duran motivlər hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Qeyd edək ki, Cavid Rzayev "Hardkor liqası" turnirində iştirak edərkən rusiyalı döyüşçü Artur Kulinskini təhqir etmiş və onu "rus donuzu" adlandırmışdı. Bu hadisə böyük qalmaqala səbəb olub və nəticədə Rzayev yarışlardan ömürlük uzaqlaşdırılıb. Bu insident döyüş aləmində geniş müzakirələrə yol açmış, idmançının davranışı qınanmışdı. Rzayevin bu sözləri turnir təşkilatçıları tərəfindən qəbul edilməyib və sərt cəzalandırılaraq, o, liqadan xaric edilib. Musavat.com


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026