• Bakı 24° C

    14.67 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

AFFA üzvləri milli komandaların baş məşqçiləri ilə görüşəcək

İDMAN

22 Noyabr 2024 | 14:50

AFFA üzvləri milli komandaların baş məşqçiləri ilə görüşəcək

AFFA Məşqçilər Komitəsinin üzvləri milli komandaların baş məşqçiləri ilə görüşəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"a komitə sədri Vaqif Sadıqov məlumat verib.

Təcrübəli mütəxəssis planlarla bağlı danışıb:

“Məşqçilər Komitəsi AFFA-nın bütün layihələrinin müzakirəsində iştirak edir. Düzdür, son vaxtlar durğunluq müşahidə olunur. Fikrimcə, hamı yeni strategiyaya köklənib. Buna baxmayaraq, Məşqçilər Komitəsi fəaliyyətini davam etdirir. Məşqçilərlə görüşürük, hesabat hazırlayıb rəhbərliyə təqdim edirik. Növbəti həftə U-17-nin baş məşqçisi İlham Yadullayev və U-19-u çalışdıran Elxan Abdullayevlə görüşəcəyik”.

Qeyd edək ki, Azərbaycanın U-17 və U-19 yığmaları Avropa çempionatının seçmə mərhələsində yer aldıqları qruplarda cəmi 1 xal toplayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Avqust 2026