Fransanın "Lion" klubuna Bakıda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqası matçı üçün 448 bilet ayrılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, Liqa 1 təmsilçisi noyabrın 26-da, saat 21:35-da Bakıya çatacaq. Qonaq komanda qarşılaşmadan sonra ölkəsinə qayıdacaq.
Bakıya "Lion"un konkret neçə azarkeşinin gələcəyi hələlik bəlli deyil.
Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək matçı saat 21:45-də start götürəcək.