• Bakı 4° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Mançester Siti"nin gənc futbolçusu tarixə düşdü

İDMAN

25 Sentyabr 2024 | 10:37

"Mançester Siti"nin gənc futbolçusu tarixə düşdü

İngiltərə təmsilçisi "Mançester Siti"nin gənc futbolçusu Kaden Breytveyt klubun tarixinə düşüb.

Bakıvaxtı.az "Rising Stars"a istinadən xəbər verir ki, o, XXI əsrdə Mançester təmsilçisində oynayan ən gənc futbolçu ünvanına yiyələnib.

Sentyabrın 24-də İngiltərə Liqa Kubokunun 1/16 finalında "Uotford" komandası ilə oyunda debüt edən futbolçu meydana çıxarkən 16 yaş 229 günündə olub.

Qarşılaşmanın start heyətində yer alan müdafiəçi həm də klubun tarixində meydana çıxan üçüncü ən gənc futbolçudur.

Qeyd edək ki, görüşdə "Mançester Siti" "Uotford"u 2:1 hesabı ilə məğlub edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026