q
  • Bakı 12° C

    6.43 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

"Real"da ŞOK İTKİ

İDMAN

25 Sentyabr 2024 | 09:26

Realda ŞOK İTKİ

İspaniyanın "Real" klubunun futbolçusu Kilian Mbappe La Liqanın VII turunda "Alaves"lə oyunda zədələnib.

Bakıvaxtı.az "Relevo"ya istinadən xəbər verir ki, fransalı hücumçunun bud sümüyündə problemlər var.

25 yaşlı hücumçunun növbəti - "Atletiko" ilə matçda iştirakı sual altındadır.

Qeyd edək ki, K.Mbappe "Alaves"lə oyunun 80-ci dəqiqəsində zədələnərək əvəzlənməsini istəyib. Görüş "Real"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda Madrid klubu 17 xalla turnir cədvəlində ikincidir. "Alaves" 10 xalla 8-ci yerdə qərarlaşıb.


SON XƏBƏRLƏR

24 Aprel 2026