• Bakı 12° C

    0.69 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

İsveç idmançısı onuncu dəfə dünya rekordu qırdı

İDMAN

26 Avqust 2024 | 00:34 | Müəllif: Subhan Mahmudov

İsveç idmançısı onuncu dəfə dünya rekordu qırdı

Şüvüllə tullanma üzrə ikiqat Olimpiya çempionu isveçli Armand Duplantis Polşanın Xojuv şəhərində Brilyant Liqanın yarışında yeni dünya rekordu müəyyənləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, 6,26 metr hündürlükdə maneəni aşan atlet öz rekordunu yeniləyib. O, Parisdə keçirilən Olimpiya Oyunlarında 6,25 metr hündürlüyün öhdəsindən gələrək rekord müəyyənləşdirmişdi.

Duplantis Tokio (2020) və Paris (2024) Olimpiya Oyunlarında qızıl medal qazanıb.

O, həmçinin dünya çempionatlarında iki qələbə qazanıb - qapalı məkanlarda keçirilən dünya çempionatında iki qızıl medal, isveçli üçqat Avropa çempionudur. O, həmçinin üçqat Avropa çempionu (2018, 2022 və 2024) və qapalı məkanlarda yüngül atletika üzrə 2021-ci ilin Avropa çempionudur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR