• Bakı 17° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

“Qarabağ”ın Avrokubok heyəti AÇIQLANDI

İDMAN

24 Sentyabr 2024 | 17:12 | Müəllif: Əli Hüseynov

“Qarabağ”ın Avrokubok heyəti AÇIQLANDI

Qadın həndbolçulardan ibarət “Qarabağ” klubunun Avropa kuboku üçün iştirak ərizəsi bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, Zəminə Həsənova, Serhey Kambur və Gülnarə Nağıbəyovanın yer aldığı məşqçilər korpusu üç qapıçı və 12 sahə oyunçusuna güvənəcək.

Təmsilçimizin qapısını Mədinə Salayeva, gürcüstanlı Kristin Cavaxiya və rusiyalı İrina Pançenko qoruyacaqlar. Aytən Eminova, Aynur Heybətli, Aynur Hüseynova, Leyla İbrahimova, Minayə Məmmədova, İrina Mixalkoviç, Dinarə Süleymanovanın da yer aldığı heyətdə rusiyalılar Karina Abdullayeva, Yelena Smirnova, Anastasiya Stoşa, moldovalı Zinaida Axundova və gürcüstanlı Yelizaveta Çxaidze də çıxış edəcəklər.

Qeyd edək ki, “Qarabağ” Avropa kubokunun 2-ci mərhələsində Lüksemburq təmsilçisi “Differdanj”la qarşılaşacaq. /İdman.biz


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR