• Bakı 22° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

UEFA-dan Könül Mehdiyevaya təyinat

İDMAN

27 Iyul 2024 | 10:03

UEFA-dan Könül Mehdiyevaya təyinat

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti dəfə UEFA-dan təyinat alıb.

Bakıvaxtı.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Türkiyədə yerli "Trabzonspor" və Slovakiyanın “Rujomberok” komandaları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçında UEFA nümayəndəsi olacaq.

Avqustun 1-də Trabzon şəhərində yerləşən “Şenol Güneş İdman Kompleksi”ndə təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Səfərdəki ilk görüşdə Türkiyə komandası iki cavabsız qolla qalib gəlib.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024