q
  • Bakı 21° C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.2717

"Mançester Siti"nin futbolçusu İtaliya klubuna keçib

İDMAN

25 Avqust 2024 | 18:31

Mançester Sitinin futbolçusu İtaliya klubuna keçib

İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Maksimo Perrone İtaliya təmsilçisi "Komo"ya keçib.

Bakıvaxtı.az İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu A Seriyası komandasında 2025-ci ilin yayına qədər icarə əsasında oynayacaq.

O, ötən mövsüm İspaniyanın "Las Palmas" klubunda icarədə olub və La Liqada 30 matçda iştirak edib.

Qeyd edək ki, 21 yaşlı argentinalı futbolçu 2022-ci ildə Premyer Liqa təmsilçisinin əsas komandasında debüt edib.


SON XƏBƏRLƏR

07 May 2026