• Bakı 24° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Bu şəxslər üçün parkinq ödənişsiz olacaq

CƏMİYYƏT

28 Iyun 2024 | 13:57

Bu şəxslər üçün parkinq ödənişsiz olacaq

Nəqliyyat vasitələrini xidməti parklanma yerində ödənişsiz saxlaya biləcək subyektlərin əhatə dairəsi genişləndirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” Qanuna təklif edilən dəyişikliklər barədə danışan deputat Kamal Cəfərov deyib.

O bildirib ki, diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalı xidməti parklanma hüququndan istifadə edə bilməlidir:

“İkinci təklif isə skuterlərin hərəkətinə dair tələblərlə bağlıdır. Burada da “sükanı tutmadan hərəkət etmək” sözünün əvvəlinə “sükanı olduğu halda” sözlərinin əlavə edilməsi təklif edilir”.

Qeyd edək ki, qanunvericilikdə skuterlərlə bağlı müddəalar yeni anlayışdır. Dəyişikliyə əsasən, skuterin sükanından tutmadan idarə edən şəxslər inzibati məsuliyyətə cəlb ediləcək.


SON XƏBƏRLƏR

29 Iyun 2024