• Bakı 25° C

    2.55 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

BMT konfransında “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” təqdim olunub - FOTOLAR

SİYASƏT

28 Iyun 2024 | 16:38

BMT konfransında “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” təqdim olunub - FOTOLAR

BMT-nin təşkilatçılığı ilə DOHA-da terrorizmə və ekstremizmə qarşı mübarizədə qadın deputatların qlobal konfransı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, konfransda Milli Məclisin deputatı Məlahət İbrahimqızı da iştirak edib.

Mövzu günümüzün ən aktual probleminə həsr edilib və konfrasda dünyada bu gün mövcud olan bütün beynəlxalq  parlament institutlarının təmsilçiləri, müxtəlif ölkələrdən qadın millət vəkilləri, eyni zamanda konfransda BMT-nin müvafiq qrumlarının yüksək təmsilçiləri və Qətər Parlamentinin vitse Spikeri iştirak edib.

Tədbirlə bağlı təssüratını Bakıvatı.az-la bölüşən Məlahət İbrahimqızı bildirib ki, bütün silahlı münaqişələrdə, terrorizm və ektremizmdə ən çox zorakılığa məruz qalan qadın və uşaqlardır:

“Azərbaycan bu dəhşətli problemləri yaşayıb. Dünyada baş verən proseslər də sübut edir ki, heç bir qadını bundan sığortalamayıblar”.

TÜRKPA-da təmsil olunan millət vəkili kimi iştirak etdiyini, konfrasda özünün də çıxışının olduğunu vurğulayan deputat, çıxışında Azərbaycanın otuz ildən artıq üzləşmiş olduğu erməni terrorundan, ekstremizm və separatzmindən, işğalçılıq siyasətindən, Xocalı soyqırımından danışıb:

“Azərbaycan qadını hər cür acını yaşamış, lakin sonda ləyaqətlə bu problemdən xilas olub”.

M.İbrahimızı, eyni zamanda Qərbi Azərbaycan İcmasının (QAİ) Qadınlar Şurasının sədri olaraq 1987-91-ci illərdə Qərbi Azərbaycanda ermənilərin etnik azərbaycanlılara qarşı törətdiyi, etnik təmizləmə, soyqırımı barədə məlumat verib və 300 min azərbaycanlının ağır və acınacaqlı şəkildə qovulmasını söyləyib.

Qeyd edib ki, beynəlxalq təşkilatlar, xüsusən də BMT TŞ-nin Ermənistanı işğalçı kimi tanımasına, Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsinə baxmayaraq, qərarlar kağız üzərində qalıb.

“Lakin dörd öncə qəhrəman Azərbaycan xalqı, onun rəşadətli Milli Ordusu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğalçını Azərbaycan, Qarabağ  torpaqlarından qovaraq, ərazi bütövlüyünü və suverenliyini bərpa edib”.

Xatırladaq ki, bu gün Ermənistandan öz tarixi torpaqlarından qovulmuş üç yüz min Qərbi Azərbaycanlı sülh yolu ilə, ləyaqətli şəkildə, beynəlxalq hüquq çərçivəsində əsrlər boyu yaşadıqları yurdlarına qayıtmaq üçün beynəlxalq ictimaiyyətdən və təşkilatlardan dəstək gözləyir.

Onun sözlərinə görə, xüsusilə qadın siyasətçilərin BMT TŞ-nin qəbul etdiyi sənədlərdə də qeyd edildiyi kimi, yeni təhlükəsizlik mühitində artan rolu və iştirakı onların bir daha yerli, regional və beynəlxalq səviyyədə məsuliyyətini və səlahiyyətini artırır.

“Qadınların həssas qrup kimi zorakılığa daha çox məruz qalmasını nəzərə alaraq dünya qadınlar birliyinin bugün mövcud olan münaqişələrdə öz səy və imkanlarının birləşdirməsinə və ciddi nəticələr əldə edilməsinə ehtiyac var”.

Sonda qadın siyasətçilərə müxtəlif dillərdə nəşr edilmiş “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” təqdim olunub.

Mina Mikayılova


SON XƏBƏRLƏR

30 Iyun 2024