• Bakı 18° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Olland birinci turda deputat seçilə bilmədi

DÜNYA

01 Iyul 2024 | 00:13 | Müəllif: Subhan Mahmudov

Olland birinci turda deputat seçilə bilmədi

2012-2017-ci illərdə Fransaya rəhbərlik etmiş respublikanın keçmiş prezidenti Fransua Olland növbədənkənar parlament seçkilərinin birinci turunda parlamentə seçilə bilməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, namizəd olduğu Tulle kommunasında (ölkənin mərkəzi hissəsindəki Korrez departamenti) mətbuat konfransında deyib.

Onun sözlərinə görə, o, rayon üzrə 37,63 faiz səs toplayıb, seçki üçün isə 50 faiz səs tələb olunur. Olland ikinci raundda mübarizəni davam etdirmək niyyətindədir.

O, başqa partiyalarda müttəfiq axtarışının mümkünlüyünü də istisna etməyib.

Qeyd edək ki, Fransada növbədənkənar parlament seçkilərinin birinci turu 30 iyunda keçirilib. 7 iyulda ikinci tur olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026