• Bakı 25° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.8241

    RUB - 0.0196

Biləsuvar yolundakı yanğın söndürüldü - YENİLƏNİB

HADİSƏ

01 Iyul 2024 | 00:16

Biləsuvar yolundakı yanğın söndürüldü - YENİLƏNİB

Ələt-Astara avtomagistralının Biləsuvar rayonundan keçən hissəsində yük avtomobilində yanğın tam söndürülüb. 

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib. 

*** 23:35

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ələt -Astara avtomagistralının Biləsuvar rayonundan keçən hissəsində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. 

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırııb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Xəsarət alan yoxdur.

*** 22:45

Bakı-Astara magistralının 118-ci kilometrində, Biləsuvar ərazisində yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, ilkin olaraq magistraldakı yanğının yük avtomobilində (“Tır”) baş verdiyi deyilir.

Hazırda yanğından mühafizə bölməsinin əməkdaşları yanğına qarşı mübarizə aparırlar.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR