• Bakı 19° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Gəncədə çaydan meyit tapıldı - YENİLƏNİB

HADİSƏ

30 Iyul 2024 | 22:14 | Müəllif: Subhan Mahmudov

Gəncədə çaydan meyit tapıldı - YENİLƏNİB

Gəncəçay çayında meyiti aşkarlanan gənc qızın kimliyi məlum olub.

Bakıvaxtı.az-ın məlumatına görə, çayda boğularaq ölən şəxs Yevlax rayon sakini, 2007-ci il təvəllüdlü F. Əmiraslanovadır.

Qadının Gəncə şəhərində dilənçilik etdiyi, iki gün öncə yağan güclü yağışlar nəticəsində Gəncəçay çayında suyun səviyyəsinin artması nəticəsində çaya düşərək boğulduğu ehtimal edilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov "Report"un Qərb bürosuna məlumatı təsdiq edib. Onun sözlərinə görə, iyul ayının 30-da saat 18:00 radələrində Gəncəçayının şəhərin mərkəzindən keçən hissəsindən qadın meyitinin olması barədə polisə məlumat daxil olub.

Polis əməldaşları əraziyə gələrək müvafiq araşdırmalar həyata keçirilib. İlkin baxış zamanı üzərində zorakılıq izləri aşkarlanmayan meyitin Yevlax şəhər sakini 2007-ci il təvəllüdlü F. Əmraslanova olması müəyyən edilib. Meyit müvafiq ekspertizaya təqdim edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

22:08

Gəncə şəhərində çaydan naməlum qadın meyiti tapılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR