• Bakı 24° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Bakıda iki avtobus sürücüsü saxlanıldı

HADİSƏ

29 Avqust 2024 | 16:55

Bakıda iki avtobus sürücüsü saxlanıldı

Abşeron rayonu ərazisində sfetaforun qırmızı işığından keçən, sərnişinlərin həyatını təhlükəyə atan iki avtobus sürücüsü saxlanılıb.

Bu barədə Baa Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, “İsuzu” markalı 10-TG-026 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü, sərnişin daşıma fəaliyyəti ilə məşğul olan Quliyev Kəmaləddin Yavər oğlu və “İsuzu” markalı 90-RB-533 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü sərnişin daşıma fəaliyyəti göstərən Rəcəbov Firdovsi Abgül oğlu sərnişin dolu avtobusla həm özlərinin həmdə digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına ataraq nizamlayıcının qırmızı işığından keçdiyi üçün DYP-nə dəvət olunaraq onlarla profilaktiki söhbətlər aparılmış və pozmuş olduqları qayda pozuntusu ilə bağlı hər iki sürücü barəsində qanuni tədbirlər görülmüşdür.

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilədə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edərək onlara hərəkət zamanı qaydaları ciddi şəkildə riayət etməyə, özləri ilə yanaşı sərnişinlərində həyat və sağlamlığına cavabdeh olduqlarını unutmamağa çağırırıq", - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

13 Sentyabr 2024