• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

AZƏRBAYCANDA DƏHŞƏT: Qayınanasını baltalayan gəlin ÖLÜ TAPILDI

HADİSƏ

29 Avqust 2024 | 12:49 | Müəllif: Əli Hüseynov

AZƏRBAYCANDA DƏHŞƏT: Qayınanasını baltalayan gəlin ÖLÜ TAPILDI

Bir müddət əvvəl Daşkəsəndə qayınanasını baltalayaraq qaçan gəlinin meyiti tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, Səidə Həsənovanın meyiti qayınanasını baltaladığı evdən təxminən 500 metr uzaqda, kolluq ərazidə tapılıb.

Üzərində zorakılıq əlamətləri olmadığı üçün intihar etdiyi ehtimal edilir.

S.Həsənovanın meyiti iki-üç gün əvvəl aşkar edilsə də, dünən dəfn edilib.

Xatırladaq ki, hadisə 27 iyul tarixində baş verib. Belə ki, qayınanası Tahirə Qurbanovanı baltalayaraq hadisə yerindən qaçan gəlin S.Həsənova qadının oğlu Nofəl Qurbanovun üçüncü arvadı olub.

Hadisəyə səbəb kimi T.Qurbanovanın oğlunun evə həyat yoldaşı kimi gətirdiyi xanımı öz gəlini kimi qəbul etməməsi olub.

Məlumata görə, qayınana və gəlin tez-tez mübahisələr ediblər.

Kənd sakinlərinin sözlərinə görə, əli qana batmış gəlin kəndə bu il mayın sonlarında gəlibmiş. /oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026