• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi AÇIQLANDI - YENİLƏNİB

HADİSƏ

29 Avqust 2024 | 12:27

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi AÇIQLANDI - YENİLƏNİB

Qubada yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 15 nəfərin kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, yaralılar Quba rayon sakinləri -

1978-ci il təvəllüdlü Ağazadə Arzu Arif qızı,
1990-cı il təvəllüdlü Əlisultanov Tural İlham oğlu,
1971-ci il təvəllüdlü Hacıyeva Aliyə Böyükağa qızı
2001-ci il təvəllüdlü Paşayev Kamal Mübariz, 1963-cü il təvəllüdlü Yunusova Gülarə Hüsyinbala, 2001-ci il təvəllüdlü Kamalov Elmar Məhəmməd oğlu, 1979-cu il təvəllüdlü Səfərəliyeva Gülbikə Bayram qızı, 1967-ci il təvəllüdlü Məmmədova Pərvanə Sədrəddin qızı, 1987-ci il təvəllüdlü Əlisultanova Gülnar Arif qızı, 2003-cü il təvəllüdlü Əhmədov Sərxan Ruslan qızı, 1962-ci il təvəllüdlü Gülbalayeva Qənilə Xanbala qızı, 1957-ci il təvəllüdlü, Mirişova Əzimə Həbib qızı, 1963-cü il təvəllüdlü Rüstəmova Zenfira Məmmədşah qızı,
Xaçmaz rayon sakinləri - 1965-ci il təvəllüdlü Əmrahov Elsevər Davud oğlu, 1980-ci il təvəllüdlü Xasiyeva Rəvanə Azadə qızıdır.

Xəsarət alanların hamısı Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

***

11:48

Quba-Xaçmaz yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 14 nəfər (9-si qadın cinsli, 5-i kişi cinsli olmaqla) müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-a xəstəxanadan bildirilib.

Məlumata görə, xəsarət alanların hər birinə zəruri tibbi xidmət göstərilib, hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.

Onlardan 8 nəfərin vəziyyəti ağır, digər 6 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq qiymətləndirilir.

Qeyd edək ki, qəza nəticəsində 1957-ci il təvəllüdlü şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

***

10:56

29.08.2024-cü il tarixində saat 08:00 radələrində Quba-Xaçmaz yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 12 nəfər (7-si qadın cinsli, 5-i kişi cinsli olmaqla) müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub. Yaralların hər birinə zəruri tibbi xidmət göstərilib, hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.

Onlardan 6 nəfərin vəziyyəti ağır, digər 6 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq qiymətləndirilir.

Qeyd edək ki, qəza nəticəsində 1957-ci il təvəllüdlü şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

***

10:30

Qubada baş verən qəza zamanı bir nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Quba regional qrupundan məlumat verilib.

****

09:35

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, avqustun 29-u səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində "DAF" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və avtomobil körpüdən aşıb. Qəza nəticəsində avtomobilin ön hissəsi yanıb, sürücü və sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR