• Bakı 24° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Bakıda sexdə baş verən yanğın söndürüldü - YENİLƏNİB - VİDEO

HADİSƏ

30 Iyul 2024 | 23:10 | Müəllif: Subhan Mahmudov

Bakıda sexdə baş verən yanğın söndürüldü - YENİLƏNİB - VİDEO

Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində yerləşən sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən məlumat verilib.

Qeyd olunub ki, yanğınla bağlı əlavə məlumat veriləcək.

 

22:52

Bakıda sex yanır.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Bakıvaxtı.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026