• Bakı 27° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Samuxda evləri sel suları basdı - VİDEO

HADİSƏ

30 Iyul 2024 | 12:47

Samuxda evləri sel suları basdı - VİDEO

Samux rayonunun Burunqovaq kəndində evləri sel suları basıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Qabırrıçay çayına sel gəlməsi səbəbindən Samux rayonunun Burunqovaq kəndində bəzi fərdi yaşayış evlərinin zirzəmilərinin və həyətyanı sahələrinin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026