• Bakı 27° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Paşinyan ikitərəfli mexanizm təklifində nə qədər səmimidir? - Hansısa üçüncü əl...

SİYASƏT

29 Iyun 2024 | 09:16

Paşinyan ikitərəfli mexanizm təklifində nə qədər səmimidir? - Hansısa üçüncü əl...

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, rəsmi Bakı baş nazir Nikol Paşinyanın sərhəddə gərginliyi azaltmaq və atəşkəs pozuntularını aradan qaldırmaq üçün "ikitərəfli mexanizm"in yaradılması təklifinə cavab verməyib.

Məlumat üçün qeyd edək ki, Ermənistanın naş naziri Nikol Paşinyan Azərbaycana atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm formalaşdırılması təklifini irəli sürüb. Onun sözlərinə görə, faktiki olaraq atəşkəs pozulur və ya eskalasiya fonu yaratmağa çalışırlar:

"Bütün hallarda bu, bizim siyasi iradəmizə görə baş vermir və mən artıq demişəm ki, Müdafiə Nazirliyimiz bu vəziyyəti təkzib edir. Hesab edirəm ki, biz hər dəfə vəziyyətə aydınlıq gətirə biləcəyik, atəşkəs pozuntularının araşdırılması üçün ikitərəfli mexanizm formalaşdırmaq yaxşı olardı”.

Paşinyan qeyd edib ki, komissiyaya tərəflərdən hərbi prokurorlar və ya digər məmurlar cəlb oluna bilər:

“Mənim fikrimcə, bu, işlək mexanizm ola bilər”.

Ekspertlər hesab edirlər ki, Nikol Paşinyanın atəşkəsin pozulması ilə bağlı “ortaq mexanizm” qurması təklifinin arxasında onun Ermənistan ordusunun tamamına nəzarət etməməsinin etirafı var. Paşinyan açıq şəkildə “atəşkəsi Ermənistan ordusu pozmayıb” deyə bilmir. Çünki baş nazir bu ilin fevral ayında atəşkəsi ordu içindəki “Yerkrapa” silahlı qruplaşmasının üzvünün pozduğunu etiraf etmişdi. Başqa təxribatçılar da var. Belə olan halda Paşinyan “ortaq mexanizm” vasitəsilə ordusundakı təxribatçıları müəyyənləşdirmək istəyir.

Siyasi şərhçi Samir Əsədli Bakıvaxtı.az-a açıqlamasında deyib ki, son günlər Ermənistan-Azərbaycan şərti sərhədində atəşkəsin pozulması arzuolunmazdır və bu məsələlər aydınlaşdırılmalıdır.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülh prosesinin davam etdirildiyi, delimitasiya və demarkasiya işlərinin aparıldığı ərəfədə bu cür təxribatların baş verməsi burada maraqlı qüvvələrin olduğunu göstərir:

"Müəyyən qüvvələr Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasını istəmirlər. Sərhədlərin dəqiqləşməsini, bölgədə uzunmüddətli sülh prosesinin olmasını istəmirlər. O baxımdan bu cür olayların baş verməsi ciddi araşdırılmalıdır”. 

Samir Əsədli: Təxribatlar nə Azərbaycana, nə də Ermənistana sərf edir

Müsahibimiz hesab edir ki, Ermənistan baş nazirinin irəli sürdüyü bu təklif səmimidir. Bu məsələlər tam qərəzsiz araşdırıla bilər və hansısa üçüncü əl Ermənistan-Azərbaycan arasında bağlanacaq sülh müqaviləsinin pozulmasına yönələn addımlar ata bilməyəcək.

“Ümid edirəm, sülh prosesi qarşılıqlı ərazi mübadiləsinin tanınması şəraitində baş verəcək və qalıcı sülh bağlanacaq. Bu isə bölgədə stabil inkişaf təkan verəcək. Təxribatlar nə Azərbaycana, nə də Ermənistana sərf edir. Azərbaycan beynəlxalq COP29 tədbirinin keçirilməsi ərəfəsindədir. Həmçinin, ölkədə yaxın aylarda növbədənkənar parlament seçkiləri keçiriləcək", - deyə Samir Əsədli qeyd edib.

Aydın Baxış


SON XƏBƏRLƏR