• Bakı 26° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

İranda prezident seçkiləri: Məsud Pezeşkian liderdir - YENİLƏNİB

SİYASƏT

29 Iyun 2024 | 13:18

İranda prezident seçkiləri: Məsud Pezeşkian liderdir - YENİLƏNİB

İranda növbədənkənar prezident seçkiləri davam edir. İndiyədək hesablanan səslərdən sonra Məsud Pezeşkian yenə də liderdir.

Bakıvaxtı.az xəbər verir ki, 24 535 185 bülletenin hesablanmasından sonra Məsud Pezeşkian 10 415 991 (42.6%) səslə birincidir. 9 473 298 (38.8%) səslə Səid Cəlili ikinci, 3 383 340 (13.8%) səslə Məhəmməd Baqer Qalibaf üçüncü, 206,397 (0.8%) səslə isə Mustafa Purməhəmmədi dördüncüdür.

    İranda prezident seçkilərində heç bir namizəd çoxluğu təmin edə bilmədiyindən islahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili ikinci turda yarışacaq. Seçkilərin ikinci turunun iyulun 5-də keçirilməsi nəzərdə tutulur.

    ***

    10:46

    İranda növbədənkənar prezident seçkilərində indiyədək hesablanan səslərdən sonra Məsud Pezeşkian liderdir.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Seçki Qərargahının sözçüsü Möhsün Eslami bildirib.

      19 069 713 bülletenin hesablanmasından sonra Məsud Pezeşkian 8 302 577 səslə növbəti dəfə liderlik edir. Onun ardınca 7 189 756 səslə Səid Cəlili ikinci, Məhəmməd Baqer Qalibaf 2 676 512 səslə üçüncü, Mustafa Purməhəmmədi isə 158 314 səslə dördüncü sırada qərarlaşıb.

      Nəticələrə əsasən, iyulun 5-i seçkilərin ikinci turu nəzərdə tutulur.

      ***

      08:57

      İranın sabiq səhiyyə naziri, islahatçı qanaddan olan Məsud Pezeşkian 12 milyon səs hesablandıqdan sonra öndədir.

      Bakıvaxtı.az xəbər verir ki, bunu İran DİN yanında Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.

      Onun sözlərinə görə, 58 min seçki məntəqəsindən 32,2 minində bülletenləri hesablandıqdan sonra Məsud Pezeşkian 5 milyon, İranın Ali Liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlil 4,875 milyon səs toplayıb.

      Qeyd edək ki, iyunun 28-də növbədənkənar prezident seçkiləri keçirilib. İran prezident seçkilərində 4 namizəd – Məsud Pezeşkian, Mustafa Purməhəmmədi, Səid Cəlili və Məhəmməd Baqir Qalibaf - rəqabət aparır.


      SON XƏBƏRLƏR

      30 Iyun 2024