• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Zəngəzurda “həyəcan siqnalı” - əhaliyə sığınacaqlara enmə...

SİYASƏT

29 Iyul 2024 | 12:34 | Müəllif: Əli Hüseynov

Zəngəzurda “həyəcan siqnalı” - əhaliyə sığınacaqlara enmə...

Ermənistan Sünik (Zəngəzur - red.) və Tavuşda əhaliyə xəbərdarlıq, sığınacaqlara enmə və ərazidən təxliyə əməliyyatlarının təşkili ilə bağlı təlimlər keçirir.

Bakıvaxtı.az xəbər verir ki, təlimlərin iyulun 29-u saat 10:00 ilə 15:00 arası baş tutacağı açıqlanıb.

İlk olaraq Tavuş rayonunun Berd bələdiyyəsinin Azərbaycanla sərhəddə yerləşən Artsvaberd qəsəbəsində təlim üçün həyəcan siqnalı verilib.

Həmçinin Zəngəzurun Mehri qəsəbəsinin Alvank, Karçevan, Nrnadzor, Şvanidzor, Vahravar, Vardanidzor və Taştun ərazilərində də təlimlərin keçiriləcəyi bildirilir.

Həyəcan siqnalı işlə salınan zaman əhalinin təşvişə düşməməsi üçün xəbərdarlıq edilib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Kəlbəcər və Laçın təxribatından sonra bu təlimlər diqqət çəkir. /Globalinfo.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026