• Bakı 25° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Pezeşkianın andiçmə mərasimində Azərbaycanı bu şəxslər TƏMSİL EDƏCƏK

SİYASƏT

29 Iyul 2024 | 10:53

Pezeşkianın andiçmə mərasimində Azərbaycanı bu şəxslər TƏMSİL EDƏCƏK

İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi sabah - iyulun 30-da İslam Şurası Məclisində (parlament) keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, İranın Azərbaycandakı səfirliyindən Modern.az-ın sorğusuna cavab olaraq yeni prezidentinin andiçmə mərasimində iştirak edəcək Azərbaycan nümayəndə heyəti açıqlanıb.

Səfirlikdən verilən məlumata görə, baş nazir Əli Əsədov, Azərbaycan-İran parlamentlərarası işçi qrupunun üzvləri- Cavanşir Paşazadə, Hikmət Məmmədov, Əziz Ələkbərli andiçmə mərəsiminndə iştirak edəcək.

Qeyd edək ki, tədbirdə Tacikistan, Türkmənistan, Mərkəzi Afrika, Pakistan, Suriya, Serbiya, Kuba, Azərbaycan, Ermənistan, Gürcüstan və Qvineya-Bisau prezident və baş nazir səviyyəsində iştirak edəcək.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024