• Bakı 6° C

    0.62 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Azərbaycanda AĞIR QƏZA: Xəsarət alanlar var

HADİSƏ

08 Sentyabr 2024 | 08:50 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda AĞIR QƏZA: Xəsarət alanlar var

Sabirabadda yol qəzası olub, xəsarət alanlar var.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun rayonun Bulaqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili "TIR" yük maşını ilə toqquşub.

Qəza nəticəsində Sabirabad rayon sakinləri, "Mercedes"in sürücüsü, 1992-ci il təvəllüdlü Hüseynov Vüsal Rüstəm oğlu və 1986-cı il təvəllüdlü Əhmədov Dəyanət Elxan oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

D. Əhmədovun koma vəziyyətində olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026