• Bakı C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

15 yaşlı qızı öldürən Kənan intihar edib

HADİSƏ

07 Oktyabr 2024 | 22:05

15 yaşlı qızı öldürən Kənan intihar edib

Bərdədə itkin düşən qızın ölümü ilə bağlı bəzi detallar məlum olub.

Bakıvaxtı.az Oxu.Az-a istinadən xəbər verir ki, Kənan Əhmədli Sevinc Abbaslıya təcavüz edib. S.Abbaslının hamilə olduğunu öyrənən K.Əhmədli onu qətlə yetirib.

Daha sonra məktub yazaraq intihar edib.

Qeyd edək ki, sentyabrın 1-də 2009-cu il təvəllüdlü Sevinc Rəşad qızı Abbaslının itkin düşməsi barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Sentyabrın 3-də S.Abbaslının üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət əməlini 1993-cü il təvəllüdlü Kənan İlyas oğlu Əhmədli tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Onun meyiti oktyabrın 7-də Qarabağ kanalından polis əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

20 Dekabr 2024