• Bakı 23° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

15 yaşlı qızı öldürməkdə şübhəli bilinən şəxsin meyiti tapıldı

HADİSƏ

07 Oktyabr 2024 | 16:15

15 yaşlı qızı öldürməkdə şübhəli bilinən şəxsin meyiti tapıldı

Oktyabrın 7-də polis əməkdaşları tərəfindən Qarabağ kanalından 1993-cü il təvəllüdlü Əhmədli Kənan İlyas oğlunun meyiti tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, onun meyiti aidiyyəti üzrə təhvil verilib.

    Qeyd edək ki, K.Əhmədli sentyabrın 1-də itkin düşmüş və iki gün sonra üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilmiş 2009-cu il təvəllüdlü Abbaslı Sevinc Rəşad qızını qətlə yetirməkdə şübhəli bilinib.

    Bərdə Rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.APA


    SON XƏBƏRLƏR