• Bakı 22° C

    0.67 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

Ukrayna ərimiş metal olan dronlardan istifadə edir?

DÜNYA

08 Sentyabr 2024 | 00:40

Ukrayna ərimiş metal olan dronlardan istifadə edir?

Ukrayna Silahlı Qüvvələri tərkibində termit qarışığı olan dronlardan istifadə etməyə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb .

Bildirilib ki, metal vasitəsilə yanmağa qadir olan qarışıq 2,2 min dərəcə Selsi temperaturuna çatır və alüminium tozu və dəmir oksidindən ibarətdir.

CNN qeyd edir ki, bu texnologiya Almaniyada 1890-cı illərdə kəşf edilib və əvvəlcə dəmir yollarını qaynaq etmək üçün istifadə edilib. Lakin sonradan termit qarışığı hərbi məqsədlər üçün istifadə olunmağa başladılıb. II Dünya müharibəsi zamanı Almaniya və onun müttəfiqləri termit bombaları atıblar.


SON XƏBƏRLƏR