• Bakı 20° C

    2.02 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

Beyləqanda prokurorluq əməkdaşı yol qəzasında öldü

HADİSƏ

08 Sentyabr 2024 | 08:39

Beyləqanda prokurorluq əməkdaşı yol qəzasında öldü

Beylaqanda minik maşını aşıb sürücü ölüb.

Bakıvaxtı.az-ın "unikal"a istinadən məlumatına görə hadisə Beyləqan-Fizuli magistral yolunun Daşburun qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Şəmkir rayon sakini 1999-cu il təvəllüdlü Rzayev Nizami Habil oğlu  “KIA Optima" markalı minik maşını ilə hərəkətdə olan zaman  idarəetmədən çıxaraq yol kənarına aşıb.

Sürücü xəstəxanaya aparılsada onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, qəzada ölən 25 yaşlı Nizami Rzayev Beyləqan rayon prokurorluğunun əməkdaşı olub. Onun atası Habil Rzayev  əvvələr Şəmkir Rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb.

Hal hazırda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinin Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzində Şəmkir meşəbəyilikləri üzrə baş mütəxəssis vəzifəsində işləyir.

Baş vermiş hadisə ilə bağlı cinayyət işi açılıb, araşdırma aparılır.


SON XƏBƏRLƏR

16 Sentyabr 2024