• Bakı 18° C

    3.68 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Daha iki cüdoçumuz medal əldə etdi

İDMAN

07 Sentyabr 2024 | 18:27 | Müəllif: Subhan Mahmudov

Daha iki cüdoçumuz medal əldə etdi

Azərbaycanın daha iki cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatında medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, Şamil Tuncay (90 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) üçüncü yer uğrunda görüşdə öz rəqiblərinə qalib gəliblər.

Bununla da çempionatın fərdi yarışlarına yekun vurulub.

Qeyd edək ki, Azərbaycan cüdoçularından daha əvvəl Könül Əliyeva (48 kiloqram), Fidan Əlizadə (57 kiloqram), Vüsal Qələndərzadə (73 kiloqram) və Süleyman Şükürov (81 kiloqram) Avropa çempionu olublar, Nizami İmranov (60 kiloqram) və Aslan Kotsoyev (90 kiloqram) gümüş medal qazanıb. Milli komandanın 16 cüdoçu ilə təmsil olunduğu turnirdə sentyabrın 8-də isə komanda yarışlarına start veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026