• Bakı 20° C

    2.02 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

Husilər Amerikanın “MQ-9 Reaper” dronunu MƏHV ETDİLƏR

DÜNYA

08 Sentyabr 2024 | 09:00

Husilər Amerikanın “MQ-9 Reaper” dronunu MƏHV ETDİLƏR

Yəmənin üsyançı “Ənsar Allah” (husilər) hərəkatının hava hücumundan müdafiə qüvvələri Amerikanın “MQ-9 Reaper” kəşfiyyat və zərbə dronunu vurub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya “Ənsar Allah”a məxsus “Al Masirah” telekanalının efirində bildirib.

“Yəmənin hava hücumundan müdafiə sistemləri Amerikaya məxsus “MQ-9” dronunu Marib əyaləti üzərində səmada düşmənçilik hərəkətləri həyata keçirərkən vura bilib”, – Səriya vurğulayıb.

Onun sözlərinə görə, bu, eskalasiya başlayandan bəri üsyançıların Yəmən səmasında vurduğu ABŞ Hərbi Hava Qüvvələrinin bu tipli səkkizinci dronudur.

“Ənsar Allah” sözçüsü qeyd edib ki, husilər ABŞ və Böyük Britaniyanın hərəkətlərinə qarşı çıxmaq üçün “müdafiə imkanlarını gücləndirirlər”.


SON XƏBƏRLƏR

16 Sentyabr 2024