• Bakı 20° C

    2.02 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

Qazaxıstanda 141 şagird qidadan zəhərləndi

DÜNYA

08 Sentyabr 2024 | 16:41

Qazaxıstanda 141 şagird qidadan zəhərləndi

Qazaxıstanın Manqistau vilayətində məktəblilər arasında kütləvi zəhərlənmə halı qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin yerli Regional Səhiyyə İdarəsi məlumat yayıb.

Belə ki, sentyabrın 6-sı axşam saatlarında Munaylı rayonundakı 8 saylı məktəbin şagirdləri zəhərlənmə şikayəti ilə xəstəxanaya yerləşdirilib:

"Kütləvi zəhərlənmə faktı ilə bağlı regionda xüsusi qərargah yaradılıb. 82 şagirdin ambulator, 16-nın isə stasionar şəkildə müalicəsi davam edir. Hadisədən ümumilikdə 141 nəfər zərər çəkib. İstintaq başlayıb", - məlumatda deyilir.

İlkin ehtimala görə, şagirdlər qidadan zəhərlənib. Hadisənin səbəbləri araşdırılır.


SON XƏBƏRLƏR

16 Sentyabr 2024