• Bakı C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Avropa İttifaqına Gürcüstanla bağlı çağırış  - LGBT qanuna görə

DÜNYA

08 Oktyabr 2024 | 16:11

Avropa İttifaqına Gürcüstanla bağlı çağırış  - LGBT qanuna görə

Hollandiyadan olan Avropa Parlamentinin (AP) bir qrup üzvü ölkədə LGBT təbliğatını qadağan edən qanuna görə Gürcüstana yardımı dayandırmağa çağırıblar.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu, parlamentarilərin Avropa Komissiyasına ünvanladığı məktubda yer alıb.

Sənəddə bildirilib ki, ötən ilin noyabrında Avropa Komissiyası Gürcüstanın Avropa İttifaqına üzv olmaq üçün namizəd olaraq tanınması üçün onun yerinə yetirməli olduğu şərtlər irəli sürüb. Bu şərtlərə Avropa dəyərlərinə hörmət daxildir. 2024-cü il sentyabrın 17-də Gürcüstan parlamenti LGBT insanların hüquqlarını məhdudlaşdıran və senzuranı əhəmiyyətli dərəcədə genişləndirən qanun layihəsini təsdiqləyib. 

Layihənin lehinə 84 deputat səs verib. Bundan sonra sənəd imzalanmaq üçün Gürcüstan prezidenti Salome Zurabişviliyə göndərilib. O, qanunu imzalamayıb və parlamentə qaytarıb.

26 iyun 2024-cü ildə isə Venesiya Komissiyası bu qanun layihəsinə mənfi rəy verib. 

AP üzvləri Avropa İttifaqının bunu nəzərə alaraq, Gürcüstana maliyyə vəsaitinin ayrılmamasını tələb ediblər.

Qeyd edək ki, Gürcüstan hər il Avropadan 85 milyon avroya yaxın maliyyə vəsaiti alır.

Gülşən Şərif


SON XƏBƏRLƏR

20 Dekabr 2024