• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İrandan Trampın prezident seçilməsinə REAKSİYA

 

DÜNYA

07 Noyabr 2024 | 16:05

İrandan Trampın prezident seçilməsinə REAKSİYA

İran Xarici İşlər Nazirliyi ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrini dəyərləndirib.

Bakıvaxtı.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi İRNA-ya açıqlamasında deyib ki, Tehran ABŞ-da fərqli hökumətlərin siyasətləri və yanaşmaları ilə bağlı çox acı təcrübələrə malikdir.

"Seçkilər keçmişin yanlış yanaşmalarını nəzərdən keçirmək üçün bir fürsətdir", - XİN rəsmisi bildirib.

Bekayi "İran üçün önəmli olan ABŞ rəhbərliyinin fəaliyyətidir" söyləyib.

İran hökumətinin sözçüsü Fatma Mühacirani də ABŞ-dakı seçkilərin nəticələrinin iki ölkənin ümumi siyasətində dəyişikliyə səbəb olmayacağını bildirib.

Mühacirani "ABŞ-da keçirilən prezident seçkilərinin bizimlə çox əlaqəsi yoxdur. Çünki ABŞ və İranın ümumi siyasəti sabitdir. Birinin digərinin yerinə keçməsi ilə çox bir şey dəyişməyəcək" deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026